Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olunub - FOTO

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olunub - FOTO

Tarix: 27 Yanvar 2020 14:00

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman   burda çalışmış və hazırda fəaliyyət göstərən insanlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Zamanında Azərbaycan teatrına töhvə vermiş  sənət adamları premyeralara dəvət olunur,  onların doğum günləri, yubileyləri  diqqətdən kənar qalmır.

Bugün Sumqayıt Dövlət Dram Teatrının səhnəsində  yetərincə maraqlı,  xarakterik obrazlar yaratmış Svetlana Həkimovanın 80  illik yubileyi qeyd olunub. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik edib, dövlətin  mədəniyyətə qayğısını vurğulayıb.  O cümlədən  Sumqayıtın sosial- mədəni inkişafından söz açıb və bu inkişaf palitrasında teatrın da öz çalarlarının olduğundan qürur duyduğunu söyləyib. Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov,  istedadlı aktrisa Əməkdar artist İlahə Səfərova və digər aktyorlar çıxışlarında Svetlana xanımın teatrda, televiziyada, şəhərin mədəni-kütləvi tədbirlərində  oynadığı obrazlara nəzər salıblar. Xalq artistinin oyun tərzindən, səhnədə çevikliyindən, inprovizə qabiliyyətindən danışdılar.

Qeyd olundu ki, Svetlana Həkimovanın  yaratdığı "Solğun çiçəklər"- Sara,  "Qaraca qız"- Gülğəri nənə, "Demoklisin qılıncı"- Hakimin qızı və bir sıra  obrazları bugün də yaddaşlarda qalır. Sonda teatrın direktoru Əməkdar artist Mübriz Həmidov  Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Svetlana xanıma bir daha təbrikini bildirdi və teatr kollektivi adından hədiyə təqdim edib.

Milli.Az


Etiketlər:  Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ