Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 14:46
İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların qeyri-adi şəkildə tələfatını nəzərə alaraq vilayətin şərqində köçəri quşların ovu qadağan edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayətinin ətraf mühitin mühafizəsi idarəsinin baş direktoru İbrahim Karnami deyib.
İ.Karnaminin sözlərinə görə, insan sağlamlığının qorunması məqsədilə Feridunkənar rayonunda köçəri quşların satışı bazarının fəaliyyəti dayandırılıb.
Karnami əlavə edib ki, köçəri quşların tələfatının səbəbi bəlli olmadığına görə, əhaliyə bu quşlardan istifadə etməmək tövsiyə olunub.
Qeyd edək ki, ötən 4 gün ərzində Miyankala yarımadası ətrafında 4,1 min köçəri quş toplanaraq basdırılıb. Bu gün isə bu say 5,95 min ədədə çatıb. Tələf olan quşlar əsasən qaşqaldaq, ördək və flaminqodur. Quşların hansı səbəbdən tələf olması ilə əlaqədar araşdırma aparılır.