Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xocalı tarixin qan yaddaşı'' beynəlxalq sərgisi ilk olaraq Biləsuvarda baş tutacaq

''Xocalı tarixin qan yaddaşı'' beynəlxalq sərgisi ilk olaraq Biləsuvarda baş tutacaq

Tarix: 27 Yanvar 2020 20:15

Bakı. Trend:

"Emedia Group" media təşkilatının təşkilatçılığı ilə peşəkar rəssamların və heykəltaraşların əsərlərindən ibarət "Xocalı tarixin qan yaddaşı" beynəlxalq sərgi ilk olaraq fevralın 2-də saat 14:30 da Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Trend-in məlumatına görə, tədbir Bakıdan siyasi və ictimai xadimlər, dini xadim Hacı Şahin Həsənli, peşəkar rəssamların və s. iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, 28 noyabrda mətbuat konfransı ilə start verilən layihə məhz hər il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan "Xocalıya ədalət" beynəlxalq kampaniyasında Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunub.

01-15 fevral 2020-ci il regionlarımızda - Biləsuvar, Quba (Soyqırım Memorial Kompleksi), Gəncə şəh.

16-26 fevral 2020-ci il ölkəmizdən kənarda - Gürcüstan, Rusiya, Türkiyə (Ankara, İstanbul)

28 fevral 2020-ci il yekun - BAKI şəhərində baş tutacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xocalı tarixin yaddaşı beynəlxalq sərgisi olaraq Biləsuvarda baş tutacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ