Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 21:00
"EMEDIA GROUP" Media təşkilatının təşkilatçılığı ilə peşəkar rəssamların və heykəltaraşların əsərlərindən ibarət "XOCALI TARİXİN QAN YADDAŞI" beynəlxalq sərgi ilk olaraq 02.02.2020-ci il saat: 14:30 da Biləsuvar rayonunda yerləşən "BİLƏSUVAR HEYDƏR ƏLİYEV MƏRKƏZİ" də baş tutacaq.
Sonxeber.net xəbər verir ki, tədbirdə Bakıdan Siyasi və ictimai xadimlər, dini xadim Hacı Şahin Həsənli, peşəkar rəssamların və s. iştirakı ilə baş tutacaq.
Xatırladaq ki 28 noyabrda mətbuat konfransı ilə start verilən layihə məhz hər il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan "XOCALIYA ƏDALƏT" beynəlxalq kompaniyasında Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuşdur.
01-15 fevral 2020-ci il regionlarımızda - Biləsuvar, Quba (Soyqırım Memorial Kompleksi), Gəncə şəh.
16-26 fevral 2020-ci il ölkəmizdən kənarda - Gürcüstan, Rusiya, Türkiyə (Ankara, İstanbul)
28 fevral 2020-ci il yekun - BAKI şəhərində baş tutacaq.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az