Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da koronavirusa yoluxanların sayı beşə çatıb

ABŞ-da koronavirusa yoluxanların sayı beşə çatıb

Tarix: 27 Yanvar 2020 21:32

Son 24 saat ərzində koronavirusa daha üç yoluxma halı qeydə alınıb: bunlardan ikisi Cənubi Kaliforniyada, biri isə Arizonadadır. Bununla da Birləşmiş Ştatlarda bu virusa yoluxanların sayı artaraq beşə çatıb. Yoluxanların beşi də virusun baş qaldırdığı Çinin Uxan şəhərində olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bazar günü Marikopa dairəsinin ictimai səhiyyə departamenti və Arizona ştatının səhiyyə departamenti dairədə bir nəfərə koronavirusa yoluxma diaqnozu qoyulduğunu təsdiqləyiblər. Los-Anceles səhiyyə departamentinin nümayəndələri isə pasiyentin xəstəxanaya yatırıldığını bəyan ediblər.

Kaliforniyanın Orinc dairəsinin səhiyyə agentliyi özünün mətbuat üçün yaydığı məlumatda bildirib ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə aparılan birgə tibbi baxışın nəticələrinə görə, pasiyent viruslu xəstəliyə yoluxub. ABŞ-da ötən həftə təsdiqlənən digər iki yoluxma halı isə Vaşinqton ştatında və Çikaqo şəhərində qeydə alınıb.

Ölüm halları Çində müşahidə edilib. Çin hakimiyyət orqanlarının son hesabatında indiyədək 56 nəfər, o cümlədən 10-u Honkonqda, Makaoda və Tayvanda koronavirusdan həlak olublar.

ABŞ Hökuməti ölkənin Uxanda olan bütün diplomatlarına şəhəri tərk etmək əmrini verib. Dövlət Departamenti həmin şəxslərin təxliyəsi üçün çarter reysi təşkil edib. ABŞ-ın Uxan şəhərində yerləşən konsulluğu müəyyən müddətədək bağlanıb.

Milli.Az


Etiketlər:  ABŞ koronavirusa yoluxanların sayı beşə çatıb


RƏYLƏR