Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 22:54
Çindən dünyanın bir çox ölkələrinə yayılan və ölüm riski olan koronavirusdan qorunmaq üçün Dünya Səhiyyə Təşkilatı 5 vacib qaydanı açıqlayıb.
Sonxeber.net medicina.az-a istinadən uşaqdan böyüyə hamının əməl etməli olduğu qaydaları təqdim edir:
- Evdə və iş yerlərində qapı dəstəyi, masa, computer, klaviatura və telefonlar xüsusi dezinfeksiyaedici məhlul və spirtlə hər gün 2 dəfə silinməli
- Əlləri üz, burun və ağıza toxundurmamalı
- Əlləri isti su və sabunla ən azı 30 saniyə ərzində yaxşıca yumalı
- Əlləri tez -tez aptekdə satılan dezinfeksiya edici məhlul və ya gellə silməli
- Öskürək, asqırıq zamanı ağıza salfet, dəsmal tutub sonra onu atmalı, asqırdıqdan sonra əlləri yumalı
- Küçəyə və nəqliyyata maska ilə getməli, heç kimi öpməməli, uşaqları belə