Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 07:26
Əfqanıstanda qəzaya uğrayan təyyarə 10-dan az insanın olduğu ABŞ-ın kiçik hərbi təyyarəsi olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi bildirib.
Məlumata əsasən, hazırda təyyarənin vurulmasına dair heç bir sübut yoxdur.
Bundan əvvəl "Taliban" hərəkatının silahlıları təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürmüşdülər. Taliblər, həmçinin təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə aid olduğunu və ölənlər arasında bir neçə MKİ zabitinin olduğunu da bildiriblər.
ABŞ Silahlı Qüvvələri təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb.