Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 08:08
Daha çox "JDI" kimi tanınan "Japan Display Inc." şirkəti dünyada yüksək dəqiqliklə və sürətlə barmaq izlərini oxuyan, vena damarlarının şəklini skan edən, hətta arteriyaların daxilindəki nəbz dalğalarını ölçən ən nazik datçik təqdim edib. İstehsalçı bu texnoloji hazırlamanın yeni nəsil olduqca təhlükəsiz qurğuların yaradılmasına kömək edəcəyinə əminliyini ifadə edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qalınlığı 15 mikrometr olan təqdim edilmiş datçik kağız vərəqi ilə müqayisə edilə bilər. Bundan başqa, o, olduqca yüngül və elastikdir. Yüksək təsvir ölçüsündə barmaq izləri, vena damarlarının şəkillərini və nəbz dalğalarını eyni anda oxumaq imkanına malik yeni sensor mövcud analoqları ilə müqayisədə təhlükəsizliyi daha yaxşı təmin edir.
Datçik, məsələn, daşınan qurğularda tətbiq edilə bilər.