Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2019 15:48
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 76,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,1 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,9 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,69 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel çoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin