Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 15:18
Bakı. Trend:
Qaradağ rayonunda 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti tərəfindən verilmiş məlumatda deyilir.
Belə ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və Bakı Telefon MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin