Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 17:36
"Səbail"in yeni transferi Hendrik Ekşteyn Azərbaycanda xoşagəlməz hadisə ilə üzləşib.
Qol.az xarici KİV-ə istinadən xəbər verir ki, dələduzlar afrikalı yarımmüdafiəçinin telefon nömrələrinin dublikatını çıxarıblar. Onlar Ekşteynin dostlarına, ailəsinə çoxlu miqdarda borc almaq məqsədi ilə mesaj göndəriblər. Ancaq onların bu planı baş tutmayıb. Çünki futbolçunun dostlarından biri Hendrikin fırıldaqçıların qurbanı olduğunu başa düşüb.
"O, bu işin arxasında kimin olduğunu bilmir. Amma dostu sayəsində problem tez həll olundu. Dostlarının biri ondan pul istədikdən sonra "Feysbuk"da Ekşteynə yazıb.Bundan sonra o, nə olduğunu anlayıb" - deyə 28 yaşlı futbolçunun dostu bildirib.