Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzinin

Tarix: 28 Yanvar 2020 18:40

Bakı. Trend:

Əziz aşıq musiqisi həvəskarları layihənin növbəti konserti 5 fevral saat 19:00-da təqdim olunacaq.

Trend-in məlumatına əsasən, həmin gün ustad aşıq Cahangir Sənanoğlu “Aslan şahla İbrahimin dastanı”nı söyləyəcək.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

Biletləri İticket.az saytından, ASAN xidmət mərkəzlərindən və şəhərin bütün kassalarından əldə etmək olar.


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzinin Aşıq musiqisi axşamları layihəsi davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ