Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2025 14:09
Pablo Pikassonun sevgilisi və ilham pərisi Dora Maarın portreti Paris hərracında 37 milyon dollara satılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı "Associated Press" agentliyi yayıb.
Hərracda "Çiçək düzülmüş şlyapalı qadın büstü (Dora Maar)" əsəri üçün ilkin qiymət 9-11,6 milyon dollar müəyyən olunub.
1943-cü ilin iyul ayında çəkilmiş bu tablo bir il sonra şəxsi kolleksiya üçün alınıb və o vaxtdan etibarən 80 ildən çox müddətdə art-bazara çıxarılmayıb. Mütəxəssislər bildirirlər ki, əsər yaxşı vəziyyətdədir.
Dora Maar rəssam və fotoqraf idi. O, təxminən doqquz il (1936-1945-ci illərdə) Pikasso ilə münasibətdə olub. /Oxu.Az