Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zurabişvili: ''Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır''

Zurabişvili: ''Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır''

Tarix: 28 Yanvar 2020 19:10

Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında deyib.

Onun sözlərinə görə, bu gün Avropa İttifaqı nəqliyyat və kommunikasiya sahələrində vacib layihələr həyata keçirir və Gürcüstanla Azərbaycan üçün nəqliyyat arteriyalarının işini təmin edəcək nəqliyyat infrastrukturunun inkişafı prioritet məsələdir:

"Bu arteriyalar sırasına Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi, qaz kəmərləri daxildir. Onların böyük potensialı var və mən hesab edirəm ki, bu potensialdan maksimum istifadə etmək lazımdır".


Etiketlər:  Zurabişvili Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər ölkənin gələcək inkişafı üçün imkanlar yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ