Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konstitusiya Məhkəməsi hesabat verdi

Konstitusiya Məhkəməsi hesabat verdi

Tarix: 28 Yanvar 2020 19:30

Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, iclası açan Sədr Fərhad Abdullayev ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu tərəfindən bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə bundan başqa 2019-cu ilə dair sorğu və müraciətlər də daxil olub. F.Abdullayevin sözlərinə görə, hesabat dövründə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub.

Qeyd edilib ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektorları müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Hesabat tədbirinə yekun vuran Konstitusiya Məhkəməsinin Sədri 2019-cu ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələrini və Aparatın qarşısında duran vəzifələrlə bağlı tapşırıqlarını verib.


Etiketlər:  Konstitusiya Məhkəməsi hesabat verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ