Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Microsoft 250 milyon istifadəçinin məlumatlarını sızdırdı

Microsoft 250 milyon istifadəçinin məlumatlarını sızdırdı

Tarix: 28 Yanvar 2020 21:44

Microsoft son vaxtlar təhlükəsizliklə bağlı problem yaşayır. Son hesabata görə isə şirkətin 250 milyon istifadəçisinin məlumatlarının onlayn şəkildə, şifrə olmadan saxladığı üzə çıxıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkətin müştəri xidmətlərini və dəstək materiallarını ehtiva edən drayverlərindən birinin yanlış istehsalından dolayı 14 illik müştəri məlumatlarının sızma təhlükəsi yaşanıb. Bu boşluq 250 milyon müştərinin e-poçt, IP adresi, ünvan, gizli daxili qeydlər kimi məlumatlarının yayılma riskini yaradıb.

Şirkətdən verilən açıqlamada isə qeyd olunub ki, sözügedən məlumatların mənfi hallar üçün istifadəsi barədə hansısa sübut yoxdur. Amma fırıldaqçılar sözügedən məlumatları əldə ediblərsə, bundan öz mənafeləri üçün yararlana bilərlər.

Hazırda xətanın təkrar edilməməsi üçün ehtiyat tədbirləri görüldüyü nəzərə çatdırılıb. Şirkət rəsmiləri yaranmış problemdən dolayı müştərilərindən üzr də istəyib.


Etiketlər:  Microsoft milyon istifadəçinin məlumatlarını sızdırdı


RƏYLƏR