Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO)

Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO)

Tarix: 28 Yanvar 2020 22:36

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış yarım sessiyası çərçivəsində 2020-ci il yanvarın 28-də təşkilatın mənzil-qərargahında “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti və Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən birgə təşkil edilən bu tədbirdə AŞPA üzvləri, diplomatik korpus, Avropa Şurası katibliyi, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfransın əvvəlində “20 Yanvar” faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və daha sonra həmin tarixi günləri əks etdirən fotolar iştirakçılara nümayiş etdirilib. Toplantıda çıxış edən Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova, Fransada Azərbaycan diasporunun üzvü, şərqşünas araşdırmaçı Şirin Melikoff, habelə Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndələri Fəxrəddin İsmayılov və Kaan Esener xalqımızın qan yaddaşına həkk olunmuş “Qara Yanvar” faciəsi barədə öz düşüncələrini bölüşüblər.

Çıxışlarda Azərbaycan xalqına qarşı törədilən bu cinayətin əsl mahiyyəti barədə məlumat verilib və eyni zamanda, həmin hadisələr Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin bu qanlı faciəni törədənləri dərhal kəskin ittiham etdiyini və xalqımıza ən çətin zamanında mənəvi dəstək olduğu qeyd edilib. Konfrans çərçivəsində eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın qət etdiyi inkişaf və tərəqqi yolundan bəhs olunub və ölkəmizin əldə etdiyi nailiyyətlər xatırladılıb.

Konfrans zamanı təqdim olunan məruzə və məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO) Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib (FOTO)


Etiketlər:  Strasburqda 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ