Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada nümayişlərdə istifadə olunan ''GLİ-F4'' qumbaraları qadağan edilib

Fransada nümayişlərdə istifadə olunan ''GLİ-F4'' qumbaraları qadağan edilib

Tarix: 29 Yanvar 2020 06:32

Fransada nümayişlərdə partlayıcı və gözyaşardıcı "GLİ-F4" qumbaralarından istifadə olunması qadağan edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fransa Daxili işlər naziri Kristof Kastaner bu haqda yerli televiziya kanalında məlumat verib.

Nazir hələ 2018-ci ildə "GLİ-F4" qumbaralarının tədricən istifadədən çıxarılacağını bəyan etmişdi. Bildirib ki, son aylar polislər bu qumbaradan istifadə etməyə məcbur qalıblar. Nümayişlərdə bədxah qrupların dağıdılması məqsədi ilə istifadə olunan "GLİ-F4" qumbaraları nümayişçilər tərəfindən yaxşı tanınmadığı üçün onlar belə qumbaraları əllərinə götürüb və nəticədə ciddi yaralanıblar. Buna görə bu qumbara istifadədən çıxarılacaq.

Qeyd edilir ki, "GLİ-F4" qumbaralarının tərkibində 165 desibeldən 5 metrə qədər güclü partlayış doğuran 25 qram tolit (TNT) var. Bu qumbaralar tərkibində tolit olmayan, pirotexnik partlayıcıdan ibarət olan "GM2L" qumbaraları ilə əvəz olunacaq.

Mətbuatın verdiyi məlumata görə isə belə qərarın qəbul edilməsinin səbəbi "GLİ-F4" qumbarlarının ehtiyatının qurtarması və daha istehsal olunmamasıdır.


Etiketlər:  Fransada nümayişlərdə istifadə olunan GLİ qumbaraları qadağan edilib


RƏYLƏR