Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 07:14
Çexiya Parlamentinin Yuxarı Palatası hökumətin ölkədə tezliklə "rəqəmsal vergi" adlandırılan verginin tətbiq edilməsi barədə qərarını dəstəkləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu vergi dövriyyəsi 19 milyard kron (750 milyon avro), Çexiya ərazisində illik qazancı 100 milyon krona (4 milyon avro) bərabər olan iri internet-şirkətlərin gəlirlərindən ölkə xəzinəsinə əlavə pul köçürmələrini nəzərdə tutur.
Yeni qanunun "qurban"ları Amerikanın "Google", "Facebook", "Amazon" və "Apple" şirkətləri ola bilər.
Bildirilir ki, Amerika Birləşmiş Ştatlarının Çexiyadakı səfiri artıq Çexiya XİN-in başçısı Tomaş Petrşiçekə ölkəsinin narazılığını çatdırıb.