Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirliyin Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib

Nazirliyin Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib

Tarix: 29 Yanvar 2020 15:28

Bakı. Trend:

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib.

Trend-ə Nazirlikdən daxil olan məlumata əsasən, www.rabita.az domen ünvanında fəaliyyət göstərən saytın məzmunu və dizaynı dəyişib.

Saytda “Məhsullar”, “Xidmətlər” menyusu, Məlumat Hesablama Mərkəzi ilə bağlı xəbərlər və press-relizlərin yerləşdirildiyi “Media” bölməsi var. Həmçinin saytda “Smartpay” ödəmə sistemi və “Mobil Cihazların Qeydiyyat Sistemi” ilə bağlı xidmətlərdən istifadə etmək üçün xüsusi bölmə yaradılıb. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzinə aid olan e-imza.az, opendata.az, azdatacom.az saytlarına da keçid qoyulub.

Sayt Azərbaycan və ingilis dilində fəaliyyət göstərir.

Saytda Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan 7 xidmət – e-İmza, SmartPay, SmartCell, AzDataCom, Billinq Sistemi, Açıq Məlumatlar Portalı, Veb saytların və Mobil Tətbiqlərin Yaradılması və hazırda istifadəçilərin ixtiyarına verilən 15 məhsul – AzDoc, e-Kadr, e-Arxiv, Danışan Kitabxana, Vahid Nömrə Satışı, “Azcall” Çağrı Mərkəzi, Somar Satış Proqramı, Mobil Nömrədaşıma Xidməti, Cərimələrin Yığım Sistemi, Müraciətlərə Nəzarət Sistemi, Müqavilələrin Elekron Qeydiyyatı Sistemi, “ABACUS” (Mərkəzləşdirilmiş İanə Sistemi), POÇTAP (İtirilmiş Sənədlərin Axtarış Sistemi), ARİS (Avtomatlaşdırılmış Rabitə İdarəetmə Sistemi), Mobil Cihazların Qeydiyyat Sistemi (İMEİ) təqdim edilir.

45 ildən artıqdır fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edən yeni həllər yaradır. Həmçinin ölkə əhəmiyyətli bir neçə layihənin rəqəmsal operatorudur.


Etiketlər:  Nazirliyin Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ