Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2019 07:24
Bakı. Trend:
Yeni Kaledoniya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tadine yaşayış məntəqəsindən 178 kilometr şərqdə, ocağı isə 14 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin