Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 02:00
Bakı. Trend:
Son 48 saat ərzində Konqo Demokratik Respublikasının (DRC) şərqindəki dörd yaşayış məntəqəsində Demokratik Qüvvələr Alyansının (ADF) silahlıları tərəfindən ən az 30 nəfər öldürülüb.
Trend-in məlumatına görə, hücumların Şimali Kivu əyalətindəki Beni bölgəsinin qərbində törədildiyi bildirilir.
Daha əvvəl Konqonun "Actualite" informasiya portalı "ADF" silahlılarının Beni bölgəsində 15 nəfərin öldürdüyünü bildirirdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin