Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 08:12
Peruda dörd gün ərzində ildırım vurması nəticəsində ən az 13 nəfər ölüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisələr dağliq əyalətləri Kanas, Kançis və Espinarda baş veriblər.
Ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri qeyd edirlər ki, bu təbii hadisənin tez-tez baş verdiyi bölgədə insanların təhlükəsizliyi "həyati zərurət məsələsidir".
Perunun Milli Meteoroloji və Hidroloji Xidməti sakinləri fırtına olduğu və şimşək çaxdığı zamanları tədbir görməyə çağırıb: ağacların altında, pəncərələr və qapılar yaxınlığında dayanmamalı, məişət texnikası və mobil telefonları söndürməli və çətirdən istifadə etməməlidirlər.