Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı gimnastlar Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının qızıl medalını qazanıb

Rusiyalı gimnastlar Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının qızıl medalını qazanıb

Tarix: 19 May 2019 13:18

Bakı. Cani Babayeva - Trend:

Rusiyanın gənc komandası bədii gimnastika üzrə 35-ci Avropa çempionatında beş halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, rusiyalı gimnastlar 24,450 bal toplayıblar.

İkinci yerdə 23.400 bal toplayan Ukrayna komandası, üçüncüsü yerdə isə 23.250 balla Belarus komandası qərarlaşıb.

Azərbaycan gənclər komandası 21,500 balla altıncı yeri tutub.

Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb. Bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.


Etiketlər:  Rusiyalı gimnastlar Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının qızıl medalını qazanıb


RƏYLƏR