Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 14:18
Türkiyəli aktrisa Serenay Sarıkayanın "Acıların qadını" ləqəbi ilə tanınan Bərgən rolunda olacağı filmin ssenarisi tamamlanıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 1,5 ildir hekayənin tamamlanmasını gözləyən sənətçi yaxın günlərdə Bərgənin yaşadığı Mersinə gedəcək. Həmçinin, Adana və İzmirdəki yerləri ziyarət edərək müğənninin qohumları və yaxın dostları ilə görüşəcək.
Bundan başqa, S.Sarıkaya filmin kostyum dizayneri ilə paltarlar seçməyə başlayıb. Bərgənlə bağlı xəbər, kitab və sənədləri araşdıran aktrisa şan müəllimi ilə Bərgənin ifasında olan mahnıları da öyrənməyə çalışır.