Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada “Huawei” şirkətinə “5G” şəbəkəsinin qurulmasında iştiraka icazə verilib

Britaniyada “Huawei” şirkətinə “5G” şəbəkəsinin qurulmasında iştiraka icazə verilib

Tarix: 30 Yanvar 2020 14:24

Böyük Britaniya hökuməti Çinin “Huawei” şirkətinə ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) qurulmasında iştiraka icazə verilməsini nəzərdə tutan qərar qəbul edib. Lakin bununla yanaşı, şirkət üçün bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hökumətin qərarına görə, “Huawei” şirkətinin də aid olduğu “yüksək riskli” istehsalçılara şəbəkənin əsas hissələri üzərində iş aparmaqda iştirak qadağan edilir. Bundan əlavə, onların digər elementlərin yaradılmasında iştirakı 35 faiz məhdudlaşdırılacaq. Bu, qeyd olunan istehsalçıların avadanlıqlarından asılılığı aradan qaldırmağa imkan verəcək. Bundan başqa, belə şirkətlərin avadanlıqlarından hərbi obyektlərdə, atom elektrostansiyalarında və seysmoloji komplekslərdə istifadə qadağan ediləcək.

 

Britaniya hökumətinin qərarı ABŞ-ın mövqeyi ilə ziddiyyət təşkil edir. Belə ki, ABŞ Böyük Britaniya baş naziri Boris Conson tərəfindən “Huawei” şirkətinin ölkədə “5G” şəbəkəsinin qurulmasında iştirakının tam qadağan olunacağına ümid edib. ABŞ-da şirkət telekommunikasiya avadanlıqlarında boşluqlar vasitəsilə casusluqda ittiham edilir. “Huawei” isə bu ittihamları rədd edir.

 

Bildirilir ki, ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları tərəfindən “Five Eyes” Alyansı çərçivəsində məxfi məlumatların mübadiləsi aparılır. Təşkilata Avstraliya, Kanada və Yeni Zelandiyanın xüsusi xidmət orqanları daxildir. Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp “Huawei” ilə əməkdaşlıq edən ölkələri kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılacağı ilə hədələyib.

 

“Huawei” Britaniya hökumətinin qərarını təqdir edərək şirkətin yerli rabitə operatorlarına 15 ildən çoxdur avadanlıq tədarük etməsini bəyan edib.

 

Nizam Nuriyev




Etiketlər:  Britaniyada Huawei şirkətinə şəbəkəsinin qurulmasında iştiraka icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ