Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Toylara aparıcı kimi getmək xarakterimə uyğun deyil”

“Toylara aparıcı kimi getmək xarakterimə uyğun deyil”

Tarix: 30 Yanvar 2020 15:06

Toylara yalnız qonaq kimi gedirəm, aparıcı kimi getmək mənim xarakterimə uyğun deyil.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri "İri planda" verilişində aparıcı Nailə İslamzadə deyib.

O, toylarda aparıcılıq etməməsinin səbəbini belə izah edib:

"Mən danışanda hər kəs mənə qulaq asmalıdır. Televiziya üçün hər bir yerə getmişik. Bunlar canlı yayımlanıb. "Ailələr, talelər" verilişində toy da çəkmişik, orada danışmışam da. Pul qazanmaq üçün gedə bilmirəm. Gedənləri qınamıram, onlar pul qazanırlar. Bəlkə də, bu, onların içindən gedir. İnsanlar müxtəlifdir, hər kəs eyni olsaydı, bu maraqsız olardı. Nailə İslamzadə bunu edə bilmir".


Etiketlər:  Toylara aparıcı kimi getmək xarakterimə uyğun deyil


RƏYLƏR