Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanat yaydı

ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanat yaydı

Tarix: 30 Yanvar 2020 20:00

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsinin həlli üçün mümkün növbəti addımları müzakirə ediblər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında deyilir.

Bəyanatda deyilir ki, 28-30 yanvar tarixlərində Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri ayrı-ayrılıqda və birgə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik də iştirak edib:

"Qeyd olunduğu kimi, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı bəndlərini müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar; gələcək həll yolunun əsasında duran prinsip və elementlər; nizamlama prosesini inkişaf etdirmək üçün müddət və gündəlik.

Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllində və nizamlama prosesində məxfilik prinsipinin tapılmasında kömək etmək üçün tam sadiqliklərini, habelə ədalətli və davamlı sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha təsdiq ediblər. Nazirlər yaxın gələcəkdə həmsədrlərin vasitəçiliyi ilə görüşməyə razılaşıblar".

Qeyd edək ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.


Etiketlər:  ATƏT Minsk Qrupu həmsədrləri birgə bəyanat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ