Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 21:20
Bu gündən etibarən Xiaomi şirkətinin Çində olan bütün mağazaları bağlandı.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda şirkət rəsmiləri məlumat yayıb.
Məlumata görə, Çinin müxtəlif şəhərlərində yerləşən Xiaomi mağazalarının bağlanmasına səbəb ölkədə tüğyan edən epidemiyadır: "Əgər Çində olan vəziyyət daha da pisləşməsə, mağazalar fevral ayının 3-də yenidən fəaliyyətə başlayacaq. Bu müddət ərzində Xiaomi məhsullarını almaq istəyən şəxslər Xiaomi Mall tətbiqindən və ya şirkətin rəsmi internet səhifəsindən sifariş edə bilərlər. Çatdırılma əvvəlki rejimdə işləyəcək".