Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 13:06
Türkiyənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi İstanbulda əməliyyat keçirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 16 nəfər ələ keçib. Onların İstanbulda müxtəlif cinayətlər törətdiyi və Rusiya ilə bağlı olduğu bildirilib.
Qrup üzvlərindən biri rusiyalı, üçü ukraynalı, dördü gürcü, səkkizi isə azərbaycanlıdır.
Aparılan axtarışlar zamanı onlardan 11 tapança, tüfəng və 222 sursat ələ keçirilib.