Tarix: 31 Yanvar 2020 16:54
Çinin “Dalyan İfan” klubunun futbolçusu Yannik Karassko “Atletiko”ya qayıdıb.
Qol.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Belçika millisinin üzvü paytaxt tənsilçisində mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2015-2018-ci illərdə də İspaniya klubunda çıxış edib.