Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 17:26
Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə təbliğat qrupunun könüllü gəncləri “Daha güclü Azərbaycan naminə!” təşviqat aksiyasını uğurla davam etdirirlər.
Trend-in məlumatına görə, aksiyaya qoşulan gənclər təbliğat-təşviqat kampaniyası çərçivəsində seçki dairəsinin əhatə etdiyi ərazilərdə YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış, növbəti 5 il üçün proqram və “Azərbaycanın daha da inkişafı üçün 10 addım paketimiz” adlı təbliğat-təşviqat materiallarını, YAP tərəfindən irəli sürülmüş Naqif Həmzəyevin tərcümeyi-halını seçicilərə paylayıblar.
Seçicilər tərəfindən səmimiyyətlə qarşılanan aksiya iştirakçıları onları 9 fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Aksiya xoş təəssüratlarla davam edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin