Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 17:50
"Orada həşəratlar yox, bir dənə tarakan olub. O tarakanı mənim obyektimin içərisində axtaran oğlanı heç restoranımda da görmək istəmirəm".
Sonxeber.net bildirir ki, bunu Oxu.az-a "50 Qəpik" restoranlar şəbəkəsindən restoranda antisanitar vəziyyətin olduğuna dair iddialara cavab olaraq özünü restoranın rəhbəri kimi təqdim edən şəxs bildirib.
O qeyd edib ki, heç bir müştəri ona bununla bağlı müraciət etməyib:
"Bununla bağlı mənə heç kim müraciət etməyib. İkincisi, həşəratdır, hər yerdə var. Neyləyək, bütün günü düşək o həşəratın arxasınca?! Mənim obyektlərim hər bir antisanitariya qaydalarına görə yoxlanılır.
Hər həftə restoranda yoxlamalar aparılır. Həşərat ya kanalizasiyadan, ya başqa bir yerdən qalxa bilər. İndi olub da, olanda olur".