Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 19:14
"Kriştiano Ronaldo, Lionel Messi, Zlatan İbrahimoviç və Ueyn Runi kimi futbolçularla oynamağın özü belə xəyaldır. Heç vaxt onlarla komanda yoldaşı olacağımı düşünməzdim. Çox gözəl hissdir".
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu sözləri PSJ-nin futbolçusu Anxel di Mariya karyerası ərzində çıxış etdiyi klublardakı komanda yoldaşları barədə danışarkən söyləyib.
31 yaşlı yarımmüdafiəçi birgə çıxış etdiyi oyunçular arasında Messinin ən yaxşı olduğunu vurğulayıb: "Messi bu dörd oyunçunun arasında ən yaxşısıdır. Ronaldo bədheybət kimidir. Neymar isə futboldan həzz alan oyunçudur. Braziliyalıdır, oyun zamanı əylənir. İbrahimoviç isə dəlidir, çətin xarakterə sahibdir. Oyun vaxtı Ronaldo kimidir. Amma kənarda çox yaxşı insandır. Onunla tanış olduğum üçün şadam. Runi isə çox sakit bir insandır. Heç vaxt onun bu qədər güclü olacağına inanmazdım. Komanda yoldaşlarım arasında fərq qoymaq çətindir. Amma yalnız 1-ni seçmək lazım gələrsə, mən Messinin adını çəkərəm".