Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb

Ərdoğan: Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb

Tarix: 20 May 2019 03:20

Bakı. Trend:

Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstiqlaliyyət müharibəsinin 100 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

T.Ərdoğna bildirib: "Bir əsrdən çoxdur Türkiyəyə qarşı əsassız iddialar irəli sürənlər arxiv sənədlərinə və faktlara, həmçinin Türkiyə xalqının yaşadığı ağrı hissinə israrla əhəmiyyət vermirlər".

Türkiyə prezidentinin sözlərinə görə, son 6 ilin hadisələri sübut etdi ki, Türkiyə xalqına münasibət dayişməyib, Türkiyəyə qarşı təzyiq davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ərdoğan Bəşəriyyət tarixində böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ