Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 21:04
Qazaxıstanda koronavirusa yoluxma ehtimalı səbəbindən 54 nəfər xəstəxanaya yerləşdirilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Yeljan Birtanov məlumat verib ki, koronavirusla mübarizəyə hökumətin ehtiyat fondundan 1,5 milyard təngə ayrılıb. Səhiyyə naziri vətəndaşlardan koronavirusa qarşı əsassız şayiələr yaymamağı xahiş edib.
Ayrılan vəsait əlavə tibbi maskalar və vasitələrin alınması üçün istifadə ediləcək.
Çindən gələn Qazaxıstan vətəndaşları iki həftə ərzində karantində olacaqlar. Onlar xüsusi müəyyən olunan tibb ocağında müayinə ediləcək.