Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 21:54
Dünyanın ən varlı adamı olan "Amazon" şirkətinin rəhbəri Ceff Bezos varidatını daha da artırıb.
Sonxeber.net xəbər verir ki, ötən gün şirkətin rüblük göstəriciləri açıqlanandan sonra dünya bazarında "Amazon"un səhmləri kəskin bahalaşıb. Nəticədə şirkətin dəyəri 15 dəqiqə ərzində 13,2 milyard dollar yüksəlib.
Bildirilir ki, ümumi bahalaşma 12 faizdən çoxdur. Səhmlərin belə dəyər qazanmasında "Amazon"un record həddə - 87,4 milyard dollar məbləğində gəlir əldə etməsi səbəbindən baş verib.
Qeyd edək ki, Ceff Bezosun varidatı 129,5 milyard dollar çatıb. (publika.az)