Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 00:00
Bakı. Trend:
Türkiyənin Elazığ əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:36-da Sivricə rayonunda qeydə alınıb.
Yeraltı təkanların ocağı 6,97 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin