Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli.Az 10 yaşında!

Milli.Az 10 yaşında!

Tarix: 1 Fevral 2020 00:02

Bu gün Sonxeber.net-ın yubileyidir - saytın 10 yaşı tamam olur.

Qısa müddət ərzində Sonxeber.net Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Bu müddət ərzində Sonxeber.net böyüyüb, daha funksional olub, böyük auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. Sonxeber.net kollektivi istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Sonxeber.net-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Sonxeber.net İnternet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Sonxeber.net İnternet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsidir.

Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək 10 il ərzində Sonxeber.net bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

Fəaliyyətimiz baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.

Bu gün Sonxeber.net İnternet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Bəhs etdiyimiz uğurları siz, dəyərli oxucularımız, olmadan təsəvvür etmək olmaz. Bunun üçün bütün oxucularımıza təşəkkür edirik!

Bizimlə qalın!


Etiketlər:  MilliAz yaşında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ