Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 08:08
Bakı. Trend:
Silahlılar Suriyanın Latakiya, Hama və İdlib əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
V.Kupçişin bildirib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Ruyesət-İskəndər (3 dəfə), Hamamiyyət (2 dəfə), Ərdaş-Dağ, Cubb-əz-Zərur, Nahşebba, Axç-Baer, Əy-əl-Həmmam, Səfsəfə, Hama əyalətinin Huayz və İdlib əyalətinin Zəfər-əl-Kabir yaşayış məntəqələrini atəşə tutublar".
Onun sözlərinə görə, silhalıların yaşayış məntəqələrini atəşə tutması nəticəsində 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin