Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 07:52
"Royal Philips" məişət texnikası istehsalı üzrə biznesini satmaq niyyətində olduğunu açıqlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkət məişət texnikasının istehsalı üzrə biznesini "Philips Group" daxilində ayrı bir struktura ayıracaq. Bu prosesə 12-18 ay vaxt lazımdır. Bundan sonra "Philips" şirkəti bu bölmə üçün alıcı tapmaq niyyətindədir.
"Biz son illərdə "Philips" şirkətinin mühüm hissəsinə çevrilən məişət texnikası bölməsinin göstəricilərini xeyli yaxşılaşdırmışıq. Lakin bu biznes tibbi texnologiyalar sahəsində dünya lideri kimi şirkətimizin strateji baxışlarına uyğun deyil" - şirkətin baş direktoru Frans van Houten deyib.