Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Transferlərə 98 milyon xərclədi – Qışda Avropa rekordu vurdu

Transferlərə 98 milyon xərclədi – Qışda Avropa rekordu vurdu

Tarix: 1 Fevral 2020 11:06

“Herta” qış transfer pəncərəsində Avropada ən çox pul xərcləyən klub olub.

Qol.az transfermarkt.de saytına istinadən xəbər verir ki, Berlin təmsililçisi transferlərə 98 milyon avro xərcləyib. Onlar “Milan”dan hücumçu Kşiştof Pyenteki 27 milyon, “Lion”dan Luka Tuzarı 25 milyon (mövsümün sununa qədər Fransada icarədə qalacaq), “Uotford”dan yarımmüdafiəçi Dodi Lukebakionu 20 milyon, “RB Leyptsiq”dən hücumçu Mateus Kunyanı 15 milyon, “Ştutqart”dan yarımmüdafiəçi Santyaqo Askasibarı 11 milyon avroya transfer edib.

Bu oyunçuların orta yaş həddi 22-dir.

Qış fasiləsi zamanı komandanı 8 oyunçu tərk edib. Onlardan 7-si icarərə göndərilib, bir nəfərə isə azad agent statusu verilib. “Herta” bu keçidlərə görə heç nə qazanmayıb.

Transferə ən çox pul xərcələyən ikinci klub İtaliya “Napoli”si (65,5 milyon avro, 10 oyunçu), üçüncü klub Fransa liqasında yarışan “Monako” (62 milyon avro, 9 oyunçu) olub.

Bu qış transferdən ən çox qazanan isə Bruno Fernandeşi “Mançester Yunayted”ə satan “Sportinq”dir (55 milyon avro). İkinci yeri 3 futbolçusunu ümumən 52 milyon avroya satan Dortmund “Borussiya”sı, üçüncü yeri “Red Bull Zalsburq” (41 milyon, 4 oyunçu) tutur.

 


Etiketlər:  Transferlərə milyon xərclədi Qışda Avropa rekordu vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ