Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 12:00
Çinin Syaoqan şəhərinin sakini ona lazım olan dərmanları vermədikləri üçün həkimlərin üstünə qəsdən öskürüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, adam 2019-nCoV koronavirus epidemiyasının baş qaldırdığı qonşu Uxanda olub. Səfərdən sonra onun səhhəti pisləşib. Çinlinin temperaturu 39 dərəcəyədək yüksəlib və dörd gün ərzində düşməyib.
O, Syaoqan Mərkəzi Xəstəxanasına müraciət edib, lakin tövsiyə edilən müalicənin təsiri olmayıb. Çinli təkrar müayinə üçün başqa bir xəstəxanaya yollanıb. Resept üzrə dərman almağa çalışdıqda isə ona bitdiyi deyilib. Bundan sonra o, üzündəki qoruyucu maskasını çıxarıb həkimlərin üstünə öskürüb. Nəticədə ərazi dezinfeksiya edilib.
Bir qədər sonra çinli polis tərəfindən saxlanılıb. Lakin məlum olub ki, xəstə sadəcə adi soyuqdəymədən əziyyət çəkirmiş.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.