Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 12:52
Müğənni Əli Mirəliyev ilk dəfə xanımını efirə çıxarıb.
Sonxeber.net xəbər verir ki, qalmaqallı ifaçı həyat yoldaşı, qızı və nəvəsi Əli Mirəliyev ilə "Zaurla Günaydın"ın qonağı olub.
Xatırladaq ki, Ə.Mirəliyevin açıqlamalarının birində işlətdiyi "Arvadım oğlum, nəvələrimlə şəhərdə yaşayır, mən bağdakı evimizdə. Həftədə bir dəfə yanıma gəlir, paltarlarımı yuyur-ütüləyir, evi yığışdırır, yeməyimi bişirir, yenə şəhərə-evinə qayıdır. Bunu efirdə də demişəm, arvadı boşamaram, amma onu sevmirəm də. Gəlin səmimi olaq da... Nə sevgi, 45 il sevmək olar? O qədər vaxta sevgi qalar? Bunu özünə də demişəm. Zarafata salır ki, sən mənim "mujikimsən". Nə gizlədim, iyirmi ildir ki, arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm. Amma heç vaxt boşanmaq barədə düşünməmişəm. Kişinin bir arvadı olar. Yoxsa ki, gündə birini boşayıb, evlənən kişilərə mən normal baxmıram. Arvad məndən qabaq ölsə, heç vaxt evlənmərəm. Bunu özü də bilir" ifadələr uzun zaman "maqazin" gündəmini zəbt etmişdi.
Qeyd edək ki, müğənnin bir qızı, bir oğlu var. Hər ikisi ailəlidir.
Bu da Mirəliyevin xanımı və qızı:
Məhəmməd Vaqif