Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp üçün geriyə sayım

Tramp üçün geriyə sayım

Tarix: 1 Fevral 2020 15:42

ABŞ Prezidenti Donald Trampın impiçmenti üzrə yekun səsvermə fevralın 5-də keçiriləcək.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, müvafiq qərarı ABŞ Konqresinin Senatı qəbul edib.

Səsvermə yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə fevralın 6-da saat 01:00-da) başlayacaq.

Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi. Bu səbəbdən də Nümayəndələr Palatası 2019-cu il sentyabrın 24-də ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.


Etiketlər:  Tramp üçün geriyə sayım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ