Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 20:21
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi miokard infarktı ilə bağlı maarifləndirci infoqram məlumat paylaşıb.
Sonxeber.net həmin məlumatı təqdim edir:
Miokard infaktı-koronar qan dövranının kəskin çatışmazlığı nəticəsində ürək əzələsində bir və ya bir neçə işemik nekroz ocaqlarının əmələ gəlməsidir.
Əlamətləri:
Döş qəfəsində ağrı:Sol çiyin, kürək, boyun, dişlər, qulaq, aşağı çənəyə, epiqastral nahiyəyə yayılan intensiv ağrı sindromu ilə xarakterizə olunur. Sinədə sıxıcı, yandırıcı, 20 dəqiqədən artıq davam edən ağrı müşahidə olunur
Zəiflik
Soyuq tər və təngnəfəslik
Qeyd olunub ki, ürəyin qanla təchizatının pozulması elektrokardioqrammada dəyişiliklərlə özünü göstərir.
O da bildirilir ki, belə hallarda "Nitroqliserin"in qəbulu ağrını aradan qaldırmır.