Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 00:56
Bakı. Trend:
Finlandiyanın şimalında rekord miqdarda yağıntılar olsa da, Helsinki tarixində ilk dəfə yanvar ayı qarsız keçib.
Trend-in məlumatına görə, bu barədə Finlandiyanın metereologiya institutu xəbər verib.
Finlandiya ərazisinin təqribən 60 faizi üçün yanvar, daha çox mart-aprel aylarına bənzəyərək həmişəkindən 7-8 dərəcə isti keçib. Yanvar ayının ən yüksək hava temperaturu - 9,2 dərəcə isti, yanvarın 21-də Turku şəhərində qeydə alınıb.
Finlandiyanın şimalındakı vəziyyət tamamilə fərqlidir. Meteoroloqlar bildirir ki, yanvarın 30-da Kittila şəhərinin şimal yaşayış məntəqəsində 111 santimetr qar qeydə alınıb və bu, bölgənin artıq yeddinci qar rekordudur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin