Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 09:26
Bakı. Trend:
9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kəmaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir.
Trend-in məlumatına görə, namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmiş K.Qafarov fevralın 1-də Xutor qəsəbəsində bir neçə ailənin nümayəndələri ilə görüşmüşdür.
Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı K.Qafarovla fikir ətraflı mübadiləsi etmişlər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına inam ifadə etmişdir.
Görüşdə çıxış edən sakinlər dövlətimizin reallaşdırdığı islahatları ürəkdən dəstəklədiklərini bəyan etmiş və fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildirmişlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin