Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FIDE reytinqi açıqladı – Rəcəbov ilk onluğa düşdü

FIDE reytinqi açıqladı – Rəcəbov ilk onluğa düşdü

Tarix: 2 Fevral 2020 09:34

Dünya Kubokunun qalibi Teymur Rəcəbov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yanvar ayı üçün açıqladığı reytinq siyahısınına ilk onluğuna düşə bilib.

Qol.az xəbər verir ki, şahmatçımız bir pillə irəliləyərək TOP-10-a daxil olub. Onun ehtiyatında 2765 xal var.

2770 xala malik digər şahmatçımz Şəhriyar Məmmədyarov isə 8-ci pillədə qalaraq reytinqdə öz yerini qoruya bilib. Digər şahmatçılarımızdan daha 4 pillə irəliləyən Nicat Abbasov (2670) 67-ci, 2 pillə irəliləyən Qədir Hüseynov (2666) isə 72-ci pillədə yer alıb.  Ötən ay 2659 xalla 85-ci olan Rauf Məmmədov "100-lüy"ü tərk edib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2842 xalla 2-ci, çinli Dinq Liren 2805 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə yenə 2455 xalla 28-ci pillədə qalıbsa, 2 pillə irəliləyən Gülnar Məmmədova 2386 xalla 75-ci, 1 pillə önə çıxan Ülviyyə Fətəliyeva 2377 xalla 86-cı pillədə yer alıb.

 


Etiketlər:  FIDE reytinqi açıqladı Rəcəbov ilk onluğa düşdü


RƏYLƏR