Tarix: 2 Fevral 2020 19:36
"Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım". Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 15-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.
O, qələbəni belə şərh edib: "Ruslan Qurbanovun oynamaması bizim üçün böyük itki idi. Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. "Qəbələ" komandasına isə gözəl oyuna görə təşəkkür edirəm. Turnir cədvəlinə baxmıram. İndi kimin hansı sırada olmasının heç bir əhəmiyyəti yoxdur”.